9 Dekabr 2019 13:36
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın nəqliyyat naziri Sanna Marin iqtidardakı koalisiya ortaqlarından Sosial Demokrat Partiyasının sədri seçilib və ölkə tarixinin ən gənc baş naziri olaraq yeni vəzifənin icrasına hazırlaşır.

Teleqraf.com xəbər verir ki, 34 yaşlı Sanna Marinin sədr seçildiyi SDP 5 partiyanın qurduğu hökumət koalisiyası daxilində ən böyük siyasi hərəkatdır.

Bu həftə ərzində vəzifəsinin icrasına başlayacaq yeni baş nazir ölkə tarixinin üçüncü qadın baz naziri və ən gənc baş nazir kimi tarixə düşəcək.

5,5 milyon əhalisi olan Finlandiyada Sanna Marinin vəzifəyə başlaması ilə beş koalisiya ortağının hamısının lideri qadın olacaq.


Müəllif: Cavad