9 Dekabr 2019 13:43
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara 11 fransız vətəndaşını ölkəsindən deportasiya edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bəyan edib.

Nazirlik qeyd edib ki, fransız vətəndaşı olan 11 xarici terrorçu döyüşçü deportasiya olunub.

Qeyd edək ki, son günlər rəsmi Ankara əsasən, İŞİD üzvü olan xarici ölkə vətəndaşlarını öz ölkələrinə deportasiya edir.

Bundan əvvəl Almaniyaya oxşar deportasiya prosesi həyata keçirilib.


Müəllif: Cavad