9 Dekabr 2019 13:58
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha Səudiyyə Ərəbistanı restoranları qarşısında kişilər və xanımlar üçün ayrı-ayrı giriş qapılarının qurulması tələbi qoyulmayacaq. Hökumətin verdiyi qərar nəticəsində bundan belə qadın və kişilər eyni qapıdan içəri daxil olmaqla restoran xidmətlərindən istifadə edə biləcəklər.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Bələdiyyə Nazirliyi dünən bəyan edib ki, məlum tələb qoyulmadığı üçün bu məsələlər restoranların öx ixtiyarına buraxılacaq.

Qeyd edək ki, bu günə qədər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən restoranlar qarşısında tələb kimi iki qapının olması qoyulurdu.

Səudiyyədə bir neçə aydır hökumət sosial islahatlar həyata keçirərək dünyada qeyri-ciddi qarşılanan halları aradan qaldırır.

Bu islahatlar nəticəsində qadınlara yanlarında kişi olmadan avtomobil idarə etmək, pasport almaq, film izləmək kimi hüqualar verilib.


Müəllif: Cavad