9 Dekabr 2019 15:39
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın F-35 qırıcılarında təlim keçən ingilis pilot uçan kompüter sayılan beşinci nəsil təyyarələrin təhlükəli olduğu barədə sensasion açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, qırıcıya aid bütün məlumatlar ABŞ-da toplandığı üçün asan şəkildə təyyarənin kilidləndiyini bildirilir.

Təqaüddə olan türkiyəli pilot general-mayor Bəyazid Karataş britaniyalı pilotun yaşadığı çətinliklər barədə sosial mediada paylaşım edib.

F-35-lərin uçan kompüter olduğu və uçuşa başlayarkən sistemə daxil olmaq üçün Pin koda ehtiyac olduğu bildirilir. Şifrə yanlış verildiyindən pilot qırıcını havaya qaldıra bilməyib. Qırıcının ABŞ-dan 100 faiz asılı olduğunu qeyd edən general-mayor ingilis pilota istinadla Birləşmiş Ştatlar istəməsə, dəniz tısbağasını uçurmaq məcburiyyətində qalacağını qeyd edib.

O, bu faktlara əsasən “Yaxşı ki, F-35-ləri ala bilmədik” qeydini yazıb.


Müəllif: Nərgiz