9 Dekabr 2019 15:20
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-nun sonuncu zirvəsində islam terrorundan danışdı. Özünə neçə dəfə demişəm ki, İslam sülh deməkdir. Siz “islam terroru” ifadəsi ilə sülh ifadəsini necə eyni anda hallandırısınız?”

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronun çıxışına cavabında bildirib.

Ərdoğan Fransa prezidentini cəsarətsizlikdə ittiham edib:

“Qarşımıza çıxanda susurdu, amma NATO bir yerə toplananda yenə həmin fikirləri təkrarladı. İndi nə oldu? “Sarı jiletlilər” Parisin küçələrinə çıxıb, dayandır, biz də görək. Niyə dayandıra bilmirsən?”


Müəllif: Mənsur Rəğbətoğlu