9 Dekabr 2019 15:30
304

Rəsmi Pxenyan ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen İn haqda səsləndirdiyi fikirlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Şimali Koreya liderinin müavini Kim Yonq-Çol Amerika başçısını “səbirsiz qoca” adlandırıb.

O, Donald Trampı ölkəsini müharibəyə təhrik etməkdə ittiham edib:

“Amerikalıların itirəcəkləri heç nəyi yoxdur. Əgər səbirsiz qoca öz qəribə çıxışlarını davam etdirsə, Kim Çen öz fikrini dəyişə bilər”.

ABŞ prezidenti bundan əvvəlki çıxşında Kim Çen İni “raket adam” adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu