10 Dekabr 2019 09:34
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qaçış marafonu haqda məlumat vermək məqsədilə canlı yayıma çıxan müxbir xanım təcavüzə uğrayıb.

Teleqraf.com xəbər verir ki, marafonda qaçan şəxslərdən biri aparıcıya yaxınlaşaraq onun qıçına çimdik vuraraq marafonda iştirakına davam edib.

Bu hadisə ABŞ-ın Corciya ştatının Savannah şəhərində baş verib.

Marafonda minlərlə insan iştirak edib. Canlı yayıma bağlanıb məlumat verən isə WSAV TV-nin müxbiri xanın Aleks Bozarjian olub.

Aparıcı canlı yayıma çıxdıqdan sonra marafon iştirakçılarının qeyri adi hərəkətləri ilə üzləşib. Marafon iştirakçılarından bəziləri ona toxunub, bəziləri isə əllərini onun başı üzərinə qaldıraraq yersiz əl hərəkətləri ediblər.

Jurnalist hadisədən sonra özünün Tvitter hesabında yazıb: “Canlı yayımda mənə toxcunan adam. Məni kiçiltdin. Heç bir qadın nə işində, nə də başqa yerdə bunu yaşamamaldır”.

NBC kanalına məlumat verən Savannah polis idarəsindən deyiblər ki, hadisə ilə bağlı araşdırmaya başlanılıb.


Müəllif: Cavad