10 Dekabr 2019 10:10
5 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox Sovet liderinin istifadə etdiyi, Rusiyanın ilk prezidenti Boris Yeltsindən sonra hazırkı dövlət başçısı Vladimir Putinin də həmişə yanında gəzdirdiyi çantanın sirri çözülüb.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı “Zvezda”da yayımlanan proqramda iştirak edən hərbi mütəxəssis Aleksey Yeqorov sirli çanta haqda sensasion fikirlər səsləndirib.

Mütəxxəsis SSRİ dönəmində “Kazbek” adlandırılan çantanın əslində ehtimal olunan müharibədə komandanlıq mərkəzinə şifrələnmiş təlimatların göndərilməsi məqsədi ilə hazırlandığını açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putinin nüvə raket atma düyməsinə sahib çantası ilk dəfə telekanalda yayımlanıb. Çanta Putin prezident seçiləndən sonra yenilənib. Proqramda çantaya “Çeget” adının verildiyi bildirilib.

Hərbi mütəxəssis portfelin əməliyyat sistemini izah edərək, ehtimal olunan müharibə vəziyyətində yaddaş kartına köçürülən və şifrələnmiş müharibə təlimatının avtomatik olaraq, komandanlıq mərkəzinə göndərildiyi, nüvə başlığı olan ballistik raketlərin bu komandanlıq mərkəzindən atıldığını deyib.

Putinin yanında nüvə çantası ilə yanaşı, daha iki çanta da var ki, kompüter sistemləri ilə təchiz edilmiş bu çantalar komandanlıq mərkəzi ilə operativ əlaqənin qurulması üçündür.

Vladimir Putin bu çantaları bütün xarici səfərlərdə öz yanında aparır. Çantanı daşıyan şəxs isə ixtisaslaşmış hərbçidir.

Çantanın iki önəmli düyməsinin olduğu bildirilib. Ağ düymənin basılmasından sonra xüsusi şifrələrin strateji nüvə mərkəzlərinə göndərildiyi və verilən əmrlərin icra edildiyi iddia olunub.


Müəllif: Mənsur Rəğbətoğlu