9 Dekabr 2019 18:51
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərinin 2020-ci ilin sentyabrına planlaşdırıldığını açıqlayıb.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, S.Şoyqu deyib:

“Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığında ən vacib hadisə 2020-ci ilin sentyabr ayında planlaşdırılan ”Qafqaz-2020” strateji komanda-qərargah təlimləri olacaq”.

O qeyd edib ki, yeni tədris ilində müxtəlif miqyaslı 4800-dən çox təlimin, 9 mindən çox praktik döyüş məşqlərinin keçirilməsi planlaşdırılılıb.

Bundan öncə Sakit okean Donanmasının “Kuzbass” atom sualtı qayığının Kamçatka sahillərində həyata keçirilən təlimlər çərçivəsində şərti düşmənin sualtı qayığına hücum etdiyini bildirilmişdi.


Müəllif: Səxavət