10 Dekabr 2019 01:37
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akarla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Telefon danışığı zamanı Akar və Şoyqu Soçi memorandumu çərçivəsində “Sülh çeşməsi” antiterror əməliyyatının həyata keçirildiyi ərazilərdəki son hadisələri, İdlibdəki vəziyyəti və digər müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər".


Müəllif: Teleqraf.com