10 Dekabr 2019 10:40
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO və Avropa Birliyi həmrəylik nümayiş etdirməlidir, rəqabət aparmamalıdır. Birgə hərəkət edərək daha çox uğur əldə etməlidir. Avropa Birliyinin müdafiə sahəsində atdığı addımlar NATO tərəfindən dəstəklənir.

Teleqraf.com xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib.

Avropa Birliyinin üzvü olmayan NATO-ya üzv dövlətlərin ittifaq üçün kritik rola malik olduğunun altını qeyd edən Baş katib deyib ki, ABŞ, Kanada və Türkiyə kimi ölkələr NATO üçün mühüm əhəmiyyətə malikdir.

O, əlavə edib ki, Breksit baş tutarsa NATO-nun müdafiə xərclərinin 80 faizi Avropa Birliyinə üzv olmayan ölkələrin üzərinə düşəcək.


Müəllif: Cavad