10 Dekabr 2019 12:46
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə NATO-nun Polşa və Baltikyanı dövlətlərdə Rusiyanın ehtimal olunan hərbi müdaxilələrinə qarşı müdafiə planını qəbul edib”.

Teleqraf.com xəbər verir ki, bunu Polşa prezidentinin müşaviri Kşiştof Şerski deyib.

O, Türkiyənin bunu NATO-nun İngiltərənin paytaxtı Londonda keçirilən sonuncu sammitində qəbul etdiyini bildirib və bundan sonra rəsmi Ankaranın verdiyi qərardan imtina edə bilməyəcəyini sözlərinə əlavə edib.

“NATO-nun zirvəsində verilən bu qərarı geri çəkmək mümkün deyil. Bu plan həm Polşa və Baltikyanı dövlətlər, həm də Türkiyə üçün hazırlanıb. İndi də bu planın həyata keçirilməsini gözləyirik. Bu, bir hərbi məsələdir”.


Müəllif: Mənsur Rəğbətoğlu