10 Dekabr 2019 14:36
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boşanma xəbərləri ilə gündəmdə olan Beren Saat və Kənan Doğulu cütlüyü səmimi görüntüləniblər.

Teleqraf.com xəbər verir ki, barışıqdan sonra Los-Ancelesdəki evlərinə gedən cütlük Türkiyəyə dönüb.

Hava limanında qol-qola görüntülənən cütlük idman üslubundakı geyimləri ilə diqqət çəkiblər.

Hava limanında jurnalistlərin “İstirahətiniz necə keçdi?” sualına cütlük “Bir az yorğunuq və sonra danışarıq” deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova