10 Dekabr 2019 13:42
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Normand dördlüyü”nün iclasından sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyanı beynəlxalq idman yarışlarında iştirakdan kənarlaşdırması ilə bağlı qərarının mübahisələndirilib-mübahisələndirilməyəcəyinə dair suala cavab verib.

Teleqraf.com xəbər verir ki, Rusiya liderinin fikrincə, əvvəlcə məsələyə gözünüzün ilk dəfə toxunduğu tərəfindən yanaşmalısınız. Belə ki, WADA-nın Rusiya Milli Olimpiya Komitəsinə heç bir iradı yoxdur, demək, idmançıların milli bayraq altında yarışması lazımdır. Belə bir hüquq onlara Olimpiya Xartiyasına əsasən verilir.

Bununla da Rusiya Prezidenti WADA-nın qərarının xartiyaya zidd olduğunu bildirib. Buna görə də Rusiya tərəfi İdman Arbitraj Məhkəməsinə şikayət edə bilər.

Putin, həmçinin, qeyd edib ki, istənilən cəza fərdi olmalıdır və yol verilən qanun pozuntuları ilə əlaqəsi olmayan insanlara şamil edilə bilməz.

“Bu cür cəzaların əsasında dünya idmanının təmizliyi deyil, idman və olimpiada ilə heç bir əlaqəsi olmayan siyasi mülahizələr dayanır”, – deyə V.Putin bildirib.

Dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyi Rusiyaya sanksiya tətbiq olunduğunu elan edib. Xüsusilə, agentliyin icra komitəsi Rusiya Antidopinq Agentliyini (RUSADA) antidopinq kodeksinə əməl etmədiyini açıqlayıb. WADA-nın qərarı ilə Rusiya idman federasiyaları dörd il ərzində böyük beynəlxalq turnirlərdə, o cümlədən olimpiada və dünya çempionatlarında iştirak etmək hüquqlarını itiriblər.


Müəllif: Səxavət