10 Dekabr 2019 13:34
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva şəhərinin keçmiş meri Yuri Lujkov 84 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks”a onun yaxınları bildiriblər.

“O, Avropada idi. Hələlik başqa bir şey deyə bilmərəm”, – deyə agentliyin həmsöhbəti bildirib.

Yuri Lujkov 1992-ci ilin iyununda Qavrill Popovdan sonra Moskvanın ikinci meri seçilib. O, şəhəri 18 il idarə edib. 28 sentyabr 2010-cu ildə o zamankı prezident Dmitri Medvedyev onu “etimadı itirdiyinə görə” vəzifəsindən azad edib. İstefadan sonra Y.Lujkov Kalininqrad vilayətində bizneslə məşğul olub. Onun həyat yoldaşı, iş adamı Yelena Baturina isə Avropaya köçüb.


Müəllif: Səxavət