10 Dekabr 2019 14:50
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liviya istəsə, Türkiyə ordu göndərə bilər, bunun üçün kimsədən icazə almayacağıq. Liviyaya bütün dəstəyi verməyə hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Liviya və digər məsələləri rusiyalı həmkarı Vladimir Putinlə də müzakirə edəcəyini açıqlayıb:

“Cənab Putinlə bir görüş istəyim var, yanvarın səkkizində Türkiyəyə gələcək. Bu səfərdən əvvəl görüşmək istəyirəm. Çünki Liviyanın ikinci Suriya olmasını istəmirəm.

Yanvar ayında keçiriləcək görüş başqadır, yanvarda Türk Axını kəmərinin açılışını həyata keçirəcəyik. Liviya məsələsini Putinlə telefon vasitəsilə müzakirə etmək istəyirəm”.

Türk lider Liviya ətrafında ciddi proseslərin getdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu