10 Dekabr 2019 15:43
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun qurduğu yeni partiya üçün dekabrın 13-də Daxili İşlər Nazirliyinə müraciət ediləcək.

Teleqraf.com xəbər verir ki, partiyanın ad məsələsində Bir Partiya və ya Bizim Partiya variantları müzakirə olunur.

Ad məsələsi ilə əlaqədar dekabrın 12-də yekun qərarın veriləcəyi bildirilib.

Qarşıdakı 20 saat ərzində quruculuq prosesinin tamamilə yekunlaşacağı qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu