10 Dekabr 2019 17:09
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər keçən gün İdlibdə vəziyyət daha da yaxşılaşır. Amma Təl Abyad və Rəsulaynda vəziyyət kritik olaraq aalır. İkisinin arasındakı məsafə 120 kilometrdir. Bizim əsl hədəfimiz isə Derik adlanan ərazilərdir, İraqla sərhədlərdə yerləşir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti ABŞ və Rusiyadan həmin ərazilərdəki terrorçuların çıxarılmasını tələb etdiklərini bildirib:

“Tərəflərlə 120 və 150 saatlıq anlaşmalarımız oldu. Onlar terrorçuların bu müddətdə bölgədən çıxacaqlarını dedilər. Amma nə Rusiya, nə də ABŞ öz vədlərini yerinə yetirdi. Əlbəttə, biz öz göbəyimizi özümüz kəsəcəyik. Bizim hədəfimiz 1 milyon insanı Təl Abyad və Rəsulay arasında yerləşdirməkdir”.

Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına da toxunub:

“Biz “S-400”-lərdən imtina etməyəcəyik. Bizim üçün bu səhifə bağlanıb. Biz öz müdafiə sistemlərimizi çoxşaxəli etmək istəyirik. Bundan kimsə narahat olmamalıdır. Sağ olsun, NATO-nun baş katibi də bunu dedi.

Makron isə qalxıb “Bir NATO üzvü necə “S-400” ala bilər?” dedi. Səndən soruşacağam? Onlar bu günədək qarşılarında dik duran lider görməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu