10 Dekabr 2019 19:08
1 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyəsinin 2019-cu ildəki son Məclis toplantısında Ədalət və İnkişaf Partiyasından olan bələdiyyə sədri Tofiq Göksunun Əkrəm İmamoğlunu təqlid etməsi müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Tofiq Göksunun İmamoğlunun dediyi “Kanal İstanbul layihəsi İstanbul üçün cinayətdir” sözlərini təkrarlayaraq onun kimi jestlərdən istifadə etməsi İstanbulun Bələdiyyə sədrinin xoşuna gəlməyib. Göksunun fikrincə, əksinə bu layihəyə qarşı olmaq İstanbul xalqına qarşı cinayət və xəyanətdir.

İmamoğlu çıxışında Göksunun onu təqlid etdiyini söyləyərək həmkarını qınayıb: “Cənab Tofiq Göksunun ən azı iki dəfə məni təqlid edərək çıxış etməsini qınayıram. Məni təqlid edərək danışdınız, görüntülərdə izləyin. Lazımsız hərəkətlərdir. Onsuz da bacarmadınız”.

Onun bu sözləri CHP-li bələdiyyə sədrləri tərəfindən alqışlarla qarşılanıb.


Müəllif: Nərgiz