10 Dekabr 2019 17:54
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aktrisası Bergüzar Korelin ABŞ-da yaşayan böyük bacısı anasını şikayət edib.

Teleqraf.com xəbər verir ki, Zeynəb Korel anası Hülya Darcanın onu təhdid etdiyini deyərək təhlükəsizliyi üçün mühafizəçi tələb edib.

Zeynəb Korelin sözlərinə görə, vəkili ilə danışan Hülya Darcan qızının və nəvəsinin başına pis hadisələr gələcəyini deyərək onları təhdid edib.

Bundan sonra Hülya Darcanın hüquq-mühafizə orqanlarına çağrılaraq ifadə verməsi tələb edilib.


Müəllif: Rəqsanə Həsənova