“Rusiyanın maraqlarına xidmət edən istənilən mərkəzin açılması hazırda Gürcüstan üçün qəbuledilməzdir”.
Teleqraf.com-un məlumatına görə, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.
Spiker Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Tiflisdə Rus Dili və Mədəniyyəti Mərkəzinin açılacağı ilə bağlı iddiasına cavab verib:
“İşğal bitməyincə və rus qoşunları Gürcüstandan ayrılmayana qədər heç bir güzəştə getməyəcəyik. Xüsusilə Rusiyanın yumşaq güc siyasətinə və rus təbliğatına qarşı mübarizəni gücləndirdiyimiz vaxtda heç bir güzəştdən söhbət gedə bilməz”.