10 Dekabr 2019 18:53
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rus və amerikalı həmkarları Vladimir Putin və Donald Trampla yaxşı və açıq münasibətlərinin olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri birlikdə bölgədə sülhə nail olacaqlarını vurğulayıb.

“Trampı bəyənməyə bilərsiniz, amma o mənimlə çox açıq danışır. Eyni sözlər Putinə də aiddir, onun heç bir gizli gündəliyi yoxdur. Biz birlikdə regionda sülhə nail olacağıq”, – deyə Ərdoğan Ankarada etdiyi çıxışı zamanı bildirib.


Müəllif: Səxavət