10 Dekabr 2019 20:56
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Baş naziri Aleksey Qonçaruk Kiyevin “qaz müharibəsi” fonunda Moskva ilə razılaşmalı olduğunu istisna etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Parisdə keçirilən “Normand sammiti”nin yekunlarını şərh edərkən bildirib.

Siyasətçinin sözlərinə görə, Ukrayna tərəfi qaz məsələsində məqsədinə çatdı – “qazın tranziti məsələsini Donbasdakı vəziyyətin müzakirəsindən kənarda qoydu”.

“Müqavilə barədə razılaşmadılar, bunun Parisdə reallaşması da nəzərdə tutulmamışdı. Ukrayna qazla bağlı, bəlkə də sadəcə “qaz müharibəsi” ilə bağlı sadəcə razılığa gələcək”, – deyə baş nazir bildirib. O əlavə edib ki, Ukrayna buna “tam hazırdır”.


Müəllif: Səxavət