10 Dekabr 2019 21:15
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi dekabrın 10-da Moskvanın keçmiş meri Yuri Lujkov vəfat edib. O, ömrünün 84-cü ilində ürək əməliyyatı keçirdiyi Münhendəki klinikaların birində ölüb.

Teleqraf.com xəbər verir ki, Y.Lujkovun qaynı, iş adamı Viktor Baturin “Danışır Moskva” radiostansiyasına açıqlamasında eks-meri ötən həftənin şənbə günü paytaxt restoranlarından birində gördüyünü söyləyib. Onun sözlərinə görə, Yuri Mixayloviç əla görünürdü.

“Dünən də hər şey yaxşı idi. Onlar (həyat yoldaşı Yelena Baturinanı nəzərdə tutur) Moskvadan uçdular”, – deyə o bildirib.

Yuri Lujkov 1992-ci ildən 2010-cu ilə qədər Moskva meri vəzifəsində çalışıb. O, Rusiya Federasiyasının o zamankı prezidenti Dmitri Medvedyev tərəfindən “etimadın itirilməsi ilə əlaqədar” işdən azad edilib.


Müəllif: Səxavət