10 Dekabr 2019 22:26
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya Ermənistanın sabiq prezidenti Serj Sərksyanın qardaşı oğlu Narek Sərksyanı Ermənistana ekstradisiya edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorunun müşaviri Qor Abramyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sərksyanın ölkəsinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

“Bununla əlaqədar Ermənistanın Baş Prokurorluğu polisə Narek Sərksyanın ekstradisiyasını təşkil etməyi tapşırıb”, - deyə Abramyan bildirib.

Xatırladaq ki, Narek Sərksyan qanunsuz olaraq silah və narkotik saxlama maddəsi ilə axtarışa verilib.


Müəllif: Teleqraf.com