10 Dekabr 2019 23:29
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Slovakiyanın 1 fiziki və 6 hüquqi şəxsinə sanksiya tətbiq edib.

Onların adı "qara siyahı"ya “Maqnitski Aktı” çərçivəsində salınıb.

Bununla yanaşı, Liviya, Cənubi Sudan, Uqanda, Konqo Demokratik Respublikası, Pakistan, Myanmar vətəndaşı olan bir sıra şəxslərə də insan hüquqlarını pozduqlarına görə sanksiya tətbiq olunub.

***

Jurnalist Camal Qaşıqçının ölümündə təqsirkar bilinən Səudiyyə Ərəbistanının keçmiş İstanbul konsulu Məhəmməd Uteybi də ABŞ-ın sanksiyasına məruz qalıb.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Camal Qaşıqçı cinayəti iyrənc və qəbuledilməzdir. Bugünki qərar isə Qaşıqçının öldürülməsi ilə bağlı atdığımız addımlardan biridir”, - deyə bildirilib.

Xatırladaq ki, ötən ilin oktyabrın 2-də səudiyyəli jurnalist C.Qaşıqçı Səudiyyənin İstanbul konsulluğunda vəhşicəsinə öldürülmüşdü.


Müəllif: Mənbə/Axar.az