10 Dekabr 2019 23:43
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Mayk Pompeo və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı tərəflər Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər.

Görüşün yekunları üzrə mətbuat konfransında M.Pompeo deyib: "Suriyada biz 2254 saylı qətnamənin tətbiq edilməsi üzərində işləyirik. Bu BMT-nin qətnaməsidir. Biz hərbi həll yolunun olmadığını hesab edirik və Suriya terrorçu qruplar və İŞİD üçün sığınacağa çevrilməməlidir".


Müəllif: Teleqraf.com