11 Dekabr 2019 08:17
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində baş vermiş atışmada 6 nəfər öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə NBC teleşirkəti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin teleşirkətə verdiyi xəbərə görə, ölənlərdən biri polis əməkdaşıdır. Öldürülən digərləri isə silahlı şəxsin barrikada qurduğu mağazada açdığı atəş nəticəsində həlak olublar. Məlumata görə, polis əməkdaşları silahlılardan azı ikisini zərərsizləşdirib.

CNN də öz növbəsində bildirib ki, hadisəni törədən şəxslərdən biri zərərsizləşdirilib. Lakin onun öldürüldüyü və ya yaralandığı dəqiqləşdirilmir. Qeyd edilir ki, atışma zamanı daha bir neçə nəfər yaralanıb.


Müəllif: Teleqraf.com