11 Dekabr 2019 10:27
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Əfqanıstanda müharibəyə 1 trilyon dollar xərcləyib. Müharibə dövründə xidmətdə olan 2300 amerikalı əsgər öldürülüb, 20 mindən çox hərbçi yaralanıb.

Teleqraf.com xəbər verir ki, “Vaşinqton post” qəzeti Əfqanıstan müharibəsi ilə bağlı əldə etdiyi məxfi məlumatları çap etməyə başlayıb.

ABŞ-ın 18 ildir Əfqanıstanda apardığı müharibə haqqında rəsmilər amerika xalqına sistemli olaraq yalan məlumatlar verib.

Əfqanıstanın Yenidən İnşa Edilməsi üzrə Xüsusi Araşdırma Ofisi (SİGAR) “Lessons Learned” projesi çərçivəsində 3 illik hüquqi mərhələnin ardından “Vaşinqton post”da çap olunmuş sənədlərdə müharibə vaxtı Əfqanıstanda xidmət keçən ABŞ səlahiyyətlilərinin həqiqətləri gizlətdiyini ortaya qoyub.

SİGAR başqanı Con Sopko deyir ki, Əfqanıstan mövzusunda Amerika xalqına sistemli olaraq yalanlar deyilib.

Sənədlərdə iki ayrı şəxsin iddiasına görə, amerikalı səlahiyyətlilər xalqa müharibədə qələbə əldə edildiyini göstərmək məqsədilə statistik rəqəmlərdən manipulyasiya ediblər.

Sənədlərdə ABŞ prezidentləri Corc Buş, Barak Obama və indiki Prezident Donald Trampın bir neçə dəfə müharibə haqqında durumu şişirdərək xalqa təqdim etdiyi də öz əksini tapıb.


Müəllif: Cavad