11 Dekabr 2019 12:10
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünü “çox yaxşı” adlandırıb və Moskva ilə dialoqun yaxın gələcəkdə davam edəcəyinə ümid etdiyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Amerika başçısı bu barədə Tvitter sosial şəbəkəsində yazıb.

Tramp Sergey Lavrovun başçılıq etdiyi Rusiya nümayəndələri ilə görüşün isti məcrada keçdiyini qeyd edib.

O qeyd edib ki, görüşdə ticarət, İran, Şimali Koreya, nüvə müqaviləsi, nüvə silahlarına nəzarət və seçkilərə müdaxilə məsələləri müzakirə edilib:

“Yaxın gələcəkdə dialoqumuzun davam etdirməsini səbirsizliklə gözləyirəm”.

Vaşinqtonda Tramp və Lavrov arasında aparılan danışıqlar 45-50 dəqiqə davam edib.


Müəllif: Mənsur Rəğbətoğlu