11 Dekabr 2019 12:40
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda ABŞ-a aid Baqram hərbi hava bazası yaxınlığında partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, ilkin məlumatlara görə, 50 nəfər yaralanıb.

Partlayış bombanın yükləndiyi avtomobilin partladılması nəticəsində baş verib. Rəsmilər bunun terror hadisəsi olduğunu bildirib.

Partlayışdan sonra silah səsləri eşidilib. Hələlik teraktın kim tərəfindən törədildiyi bəlli deyil.


Müəllif: Cavad