11 Dekabr 2019 13:30
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiyadan S-400-lərin alınması ilə əlaqədar ölkəsinə sanksiyalar tətbiq olunarsa, Türkiyə tərəfi ABŞ hərbçilərinin İncirlik aviabazasından çıxarılması məsələsini qaldıra bilər.

Teleqraf.com xəbər verir ki, nazirin sözlərinə görə, Ankarada ən pis ssenarini qiymətləndirəcək və qərar verəcəklər.

“ABŞ Türkiyəyə sanksiyalar tətbiq edərsə, “İncirlik” və “Kürəcik” bazaları məsələsi gündəmdə ola bilər”, – deyə nazir qeyd edib.

Türkiyənin Adana vilayətindəki İncirlik aviabazasından ABŞ Hərbi Hava Qüvvələri istifadə edir.

Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə tərəfinin ABŞ-ın sanksiya təhdidinə baxmayaraq, Rusiyadan alınan S-400 zenit-raket sistemlərini aktivləşdirməyi planlaşdırdığını söyləyib.


Müəllif: Səxavət