11 Dekabr 2019 13:37
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

S-400 komplekslərindən imtina etmək müzakirə mövzusu deyil. Bu sistem var ikən necə həll yolu tapa bilərik, bunun üzərində dayanmaq lazımdır. Türkiyənin qorunması və nəzarət üçün uzun mənzilli, regional hava və raketdən müdafiə sistemi olan S-400 komplekslərinin satınalma prosesi davam edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

S-400-lərin iki partiyasının Türkiyəyə gətirildiyini deyən nazir qeyd edib ki, heyətin təlimi davam edir: “Təlimlərin dekabrın axırında başa çatması gözlənilir. Heyətimiz hazırda Rusiyadadır, onlar gələcək və metodika bölməsi var, əlavə təlim görəcəklər. Sistemlərin ikinci partiyası üzərində iş gedir”.

Onun sözlərinə görə, NATO üzvü olan ABŞ və digər ölkələrlə əlaqə davam edir: “ABŞ-ın bizim strateji ortağımız olduğunu, strateji tərəfdaş ruhuna uyğun hərəkət etmələrini gözlədiyimizi yenidən bildiririk”.


Müəllif: Nərgiz