11 Dekabr 2019 13:15
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-Cersi ştatında baş verən silahlı atışmada biri polis olmaqla 6 nəfər öldürülüb. Qarşıdurma zamanı daha 3 polis yaralanıb.

Teleqraf.com xəbər verir ki, silahlı atışma narkotiklərə qarşı mübarizə aparan polis qrupunun narkotik alqı-satqısı zamanı hadisə yerində əməliyyat keçirməsi zamanı baş verib. Qrşıdurma 1 saat davam edib.

Atışmada 1 polis, 2 cinayətkar və 3 mülki şəxs ölüb.

Eyni zamanda hadisə yerinin ətrafında 12 məktəb təhlükəsizlik səbəbindən bağlanıb. Polis insanlarA hadisənin baş verdiyi ərazidən uzaqda durmağa tövsiyə edib.


Müəllif: Cavad