11 Dekabr 2019 14:24
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvan şəhərində bir Rusiya vətəndaşı bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan 21 yaşlı şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Ermənistan hüquq-mühafizə orqanları yaralının Rusiya vətəndaşı, 21 yaşlı İvan F. olduğunu müəyyənləşdirib.

Məlumata görə, İvanın mənzilinə basqın edən iki naməlum şəxslər onu döyüblər. Əllərini və ayaqlarını bağlayıb, bıçaq zərbələri endirib, 2000 dollar tələb edib, sonra kompüter, cib telefonlarını və pulqabını götürərək hadisə yerindən uzaqlaşıblar.

Cinayətkarların axtarışları davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu