11 Dekabr 2019 15:44
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və Azərbaycan TANAP sayəsində bundan əvvəlki enerji layihələrinin uğurlarını artıracaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Yerusəlim Post” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Azərbaycan TANAP vasitəsilə Avropa və Türkiyənin təbii qaza olan tələbatını ödəməklə yanaşı, qitənin enerji təhlükəsizliyində rol oynayan çoxşaxəli mənbələrin formalaşmasına təkan verəcək:

“Hər iki ölkənin enerji sahəsində imzaladığı əvvəlki sazişlər əsasında və böyük investisiyalar yatırılmış, bölgədə strateji biznesi sürətləndirəcək Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsi var, TANAP layihəsi ilə bu genişlənmə davam edəcək”.

“Yerusəlim Post” yazır ki, TANAP Avropa və Türkiyənin enerji təhlükəsizliyinə töhfə verəcək:

“Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynayan bu proyekt Azərbaycanın geosiyasi əhəmiyyətini bir daha sübut edir və təsdiqləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu