11 Dekabr 2019 18:42
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və ABŞ Suriya münaqişəsinin hərbi həlli olmadığı barədə ortaq mövqelərini bir daha təsdiqlədi”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, ABŞ dövlət katibi Mayk Pomeo ilə Suriya böhranını müzakirə etdiyini bildirib:

“Biz Mayk Pompeo ilə Suriya böhranının nizamlanması problemlərini müzakirə etdik. Bu gün təsdiqlədiyimiz ortaq bir mövqeyimiz var: məsələnin hərbi həlli yoxdur, tərəflərin əhatəli dialoqa təşviq edilməsi lazımdır”.

Əlavə edək ki, Suriyada bu gün də davam edən müharibə 2011-ci ildə Bəşər Əsəd hökumətinə qarşı dinc aksiyalardan başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu