11 Dekabr 2019 21:56
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriya məsələsini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları Suriyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər.

"Danışıqların gedişatında ikitərəfli əlaqələr, regional məsələlər, ilk növbədə Suriyada yaranmış vəziyyət müzakirə edilib", - deyə açıqlamada bildirilir.


Müəllif: Teleqraf.com