12 Dekabr 2019 00:53
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin Türkiyəyə qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsinin qəbul edilməsilə bağlı açıqlama yayıb.

“ABŞ Konqresində Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə əlaqədar Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların müzakirəsi Ankaranın planlarına təsir göstərməyəcək, bu sistemləri quraşdırmağa davam edəcək”, deyə İ.Kalın bildirib.

Mətbuat katibi əlavə edib ki, konqresdən sonra sənəd Donald Trampın masasına gedəcək: "Biz bilirik ki, Trampın Türkiyəyə münasibəti müsbətdir. Ancaq bununla belə, istənilən halda heç nə S-400-lə bağlı planlarımıza təsir etməyəcək. Bu mövzuda geriyə addım yoxdur. Hərbçilərimiz S-400-dən istifadə edəcək”.


Müəllif: Teleqraf.com