12 Dekabr 2019 10:50
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda kütləvi şəkildə soğan oğurluğu başlayıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Hindistanda muson yağışları səbəbindən tarlalarda əkilən soğanların zay olmasıdır.

Ötən gün polis iki nəfəri həbs edib. Onlar 168 kiloqram soğan oğurlayan zaman saxlanılıblar. Oğurluq soğanın qiyməti 21000 rupi (510 manat) dəyərində olub.

Artıq bu ölkədə sosial şəbəkə istifadəçiləri “Soğan qızıl dəyərində”, “Mənim soğanlarım təhlükəsiz bir yerdədir” şəklində kampaniyaya başlayıblar.


Müəllif: Cavad