12 Dekabr 2019 11:04
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın gəmiçilik şirkətləri “E-Sail” və IRISL-ə, habelə hava yolları şirkəti “Mahan Air” -ə qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Sənəddə sanksiyaların tətbiq olunmasının səbəbinin sözügedən şirkətlərin kütləvi qırğın silahlarının daşımalarını həyata keçirmələri olduğu bildirilib.

Bundan əlavə, Dövlət Departamenti İran silahlarının Yəmənə qaçaqmalçılığına kömək edən daha səkkiz şirkətin sanksiya altında olduğunu açıqlayıb.

Sənəddə “Mahan Air” və onun üç satış agentinə qarşı sanksiyaların dərhal qüvvəyə mindiyi qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu