12 Dekabr 2019 11:18
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında terrorçulara böyük zərbə vuran və Liviya ilə müqavilə imzalayaraq, Şimali Aralıq dənizində neft-qaz axtarışını həyata keçirməkdə beynəlxalq status əldə edən Türkiyəyə qarşı Avropa Birliyi növbəti addım atmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, “Röyter” agentliyi bu gün işlə başlayacaq Avropa Birliyinin zirvə toplantısında Türkiyəyə qarşı qəbul olunacaq bəyanatın mətnini əldə edib.

“Röyter”in yaydığı məlumata görə, Avropa Birliyi liderlərinin ortaq bəyanatında Türkiyə-Liviya anlaşmasının “Aralıq dənizindəki üçüncü ölkələrin suveren hüquqlarını pozduğu və BMT-nin dəniz qanunlarına zidd olduğu” bəyan olunacaq.

Bəyanat mətnində eyni zamanda “Avropa Komissiyası Türkiyənin hərəkətləri qarşısında Yunanıstan və Kiprlə həmrəylik içindədir” ifadəsi də yer alacaq.


Müəllif: Cavad