12 Dekabr 2019 12:07
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə koalisiya hökumətinin qurulması üçün parlamentə verilən müddətin (Knesset) başa çatması səbəbindən ölkənin yenidən erkən seçkilərə gedəcəyi dəqiqləşib.

Teleqraf.com xəbər verir ki, İsraildə bu il ərzində keçirilən iki parlament seçkisindən sonra hökumət qurmaq mümkün olmayıb.

İyulda keçirilən seçkilərdən sonra İsrail Prezidenti Reuven Rivlinin Baş nazir Binyamin Netanyahu və Mavi-Ağ İttifaqının lideri Benni Qantzın hökuməti qura bilməməsindən sonra Knessetə verdiyi vaxt başa çatıb. Bundan sonra parlament buraxılaraq, erkən seçki elan edilib.

Seçkilərin ən gec 90 gün ərzində, yəni gələn il martın 10-da keçirilməsi gözlənilir. Lakin bu tarixin musəvilərin Purim bayramına təsadüf etməsi səbəbindən, siyasi partiyalar seçkilərin martın 2-də keçirilməsi üçün parlamentə müraciət edib.

Sözügedən qanun layihəsi müzakirəyə çıxarılıb və yaxın günlərdə üçüncü oxunuşdan sonra qəbul ediləcəyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu