12 Dekabr 2019 12:15
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Tramp və Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüş əhəmiyyətli hadisə idi, ancaq iki ölkə arasındakı münasibətlərdə müsbət dəyişikliklər haqqında danışmağa ehtiyac yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov hazırkı durumda ikitərəfli münasibətlərdə müsbət dəyişikliyin olmadığını vurğulayıb:

“Əlbəttə, Rusiya nazirinin ABŞ prezidenti tərəfindən qəbul edilməsi vacib məqamdır. Amma bu günə qədər ikitərəfli münasibətlərdə hansısa müsbət dəyişikliklər barədə danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, ancaq belə təmaslar vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu