12 Dekabr 2019 12:35
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan vətəndaşlarının 55% -i seçkilər bu bazar günü keçiriləcəyi təqdirdə hakim “Mənim Addımım” blokuna səs verməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Respublika İnstitutunun (IRI) Ermənistandakı Sosioloji Araşdırmalar Mərkəzi tərəfindən aparılan sorğunun nəticəsi belədir.

“Seçkilər bu bazar günü keçirilsəydi, kimləri seçərdiniz?” sualına cavab olaraq, vətəndaşların 55% -i “Mənim Addımım” iqtidar blokuna üstünlük verib.

Sorğuda respondentlərin 19% -i Çiçəklənən Ermənistan, 6% -i Lusavor Hayastan (Maariflənən Ermənistan) partiyalarına üstünlük verdiklərini qeyd edib. Anketə görə, respondentlərin 59% -i keçmiş hakim Respublikaçı Partiyasına (RPA) (Köçəryan-Sərkisyan klanı) heç vaxt səs verməyəcəklərini, 17% -i isə heç vaxt Daşnaksütyun Partiyasına səs verməyəcəklərini söyləyib.

Anketə görə, ordu ölkədə ən yaxşı işləyən quruluşdur, ardınca prezident aparatı gəlir. Üçüncü yerdə isə Ermənistan baş nazirinin ofisi qərarlaşıb.

Baş nazirin ofisinin fəaliyyətinin ötən aylarla müqayisədə hiss olunacaq səviyyədə aşağı düşdüyü bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu