Türkiyədə sosial şəbəkələrdə siqaret çəkənləri narahat edən bir xəbər yayılıb.
Teleqraf.com xəbər verir ki, şayiələrə görə, 5 yanvar 2020-ci il tarixindən etibarən siqaretin qiymətlərində böyük artım olacaq. Hətta bir çox yerdə qiymət artımı başlayıb. Hələlik iddiaların doğruluğu dəqiqləşməyib.
Bildirilir ki, “Parlament” 32TL (9.28 AZN), “Marlboro” 30 TL (8.79 AZN), “Marlboro Touch Ble/Gray/Aqua/One” 29 TL (8.41 AZN), “Murattı” 25 TL (7.25 AZN), “Murattı Blu”, “Lark” 24 TL (6.96 AZN), “Chesterfield”, “L&M” 23 TL (6.67 AZN), “Chesterfield Mode Navy/Blue”, “L&M Mode Red” 22.50 TL (6.52 AZN) olacaq.
Türkiyə Kənd Təsərrüfatı Nazirliyi açıqlamasında 5 dekabr tarixindən etibarən standart qutularda siqaret satışına başlanılacağını bildirib. Yeni ildən etibarən yalnız standart qutularda siqaret satılacaq.