12 Dekabr 2019 14:17
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlazov şəhərindəki idman məktəbinin məşqçisi internetdə gənc voleybolçuların döyülməsi ilə bağlı videogörüntü yayılmasından sonra işdən qovulub.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyasının Udmurtiya Respublikasının idman naziri Aleksandr Varşavski bildirib.

O qeyd edib ki, insident iki il əvvəl baş verib.

“Məni təəccübləndirən odur ki, videogörüntünün 2017-ci ildə çəkilməsinə rəğmən valideynləri yalnız indi bu barədə məlumat verirlər. Belə halların qarşısını almaq üçün uşaqlarla, uşaqlarınızı yetişdirəcəyinizə güvəndiyiniz təlimçilər və müəllimlərlə dialoq qurmalıyıq”, – deyə o bildirib.

Varşavski qalmaqallı video qəhrəmanının davranışını biabırçı və yolverilməz adlandırıb. O hesab edir ki, gənc və yeniyetmələrə qarşı bu cür aqressivlik müəllimlik, məşqçilik və idman etikasına ziddir.

Qeyd edək ki, videoda idman məktəbinin məşqçisinin voleybol komandasındakı qızların başına vurduğu, onların saçlarını yolduğu, sürüdüyü və itələdiyi əks olunub.


Müəllif: Səxavət