12 Dekabr 2019 15:46
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 19.9 milyon dollar təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.

11 ay ərzində Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi illik orta hesabla 1.6 milyon dollar və ya 8.74% artıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 12.8 milyon dollar köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 milyon dollar və ya 15.3% çoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu