12 Dekabr 2019 17:14
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə keçmiş prezidentin ofisi məlumat yayıb.

İrəvanda yerləşən özəl xəstəxanada müayinədən keçsə də, Köçəryanın reabilitasiyasını bir neçə gün stasionar şəraitdə davam etdirmək qərarı verilib.

Həbsdə olan keçmiş prezident oktyabrın 9-da əməliyyat edilib.

Köçəryanın hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmır.


Müəllif: Mənsur Rəğbətoğlu