20 Sentyabr 2014 23:15
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir vətəndaşı Adel Əbdül Bari Nyu-York məhkəmədə 1998-ci ildə Keniyada və Tanzaniyada ABŞ-ın səfirliklərində partlayışların planlaşdırılmasında iştirak etdiyini etiraf edib.

ANS PRESS-in məlumatına görə, 25 il həbs cəzasına məhkum olunacağı gözlənilən Adel Əbdül Barinin ittiham aktını hakim hələ qəbul etməyib.

Bari etiraf edib ki, o, səfirliklərdə partlayışların törədilməsinin planlaşdırılmasında və ABŞ vətəndaşlarının qətl edilməsi məqsədi ilə partlayıcı qurğunun hazırlanmasında iştirak edib.

Qeyd edək ki, 1998-ci ilin avqustunda ABŞ səfirliklərində partlayışlar nəticəsində 200-dən çox insan həlak olmuşdu.


Müəllif:

Oxşar xəbərlər